Qan qrupları xarakterimiz haqqında nə deyir?

 1-ci qan qrupu olan insanlar daxilən güclü, iddialı, mübariz olurlar. Onlar yeniliyə can atmaqları, təşəbbüskarlığı, lider olmaq istəkləri ilə fərqlənirlər. 1-ci qrup qan daşıyıcıları güclü xarakterə malik olmaqla yanaşı öz maraqlarını həyata keçirmək üçün bütün enerjilərini sərf etməyə hazırdırlar.Bu qrupa aid olan kişilər sevgilərində də iddialıdırlar. Onlar üçün ən maraqlı qadınlar o kəslərdir ki, həmin xanımlar ətrafdakılar üçün əlçatmaz sayılır. Tez ünsiyyət qurmaq bacarıqları olduqlarından tez də istədiklərinə nail ola bilirlər. Bu qrupa aid olan qadınlar isə cəlbedici və mehriban olmaları ilə yanaşı olduqca qısqancdırlar.


2-ci qan qrupu olan insanlar olduqca ünsiyyətcil, istənilən şəraitə tez uyğunlaşmağı bacaranlardır. Sakitliyi sevən bu qrup insanlar ümumi işin xətrinə tez razılığa gəlirlər. Hər hansı bir xoşagəlməz hadisədən yaranan incikliyi üzdə göstərməsələr də onu daxilən ağır qəbul edirlər. Bu qrupdan olan kişilər utancaqlıqları ilə fərqlənirlər. Onlar öz məhəbbətlərini adətən baxıçları ilə ifadə edirlər. Özlərindən yaşca böyük qadınlara üstünlük verirlər. O cümlədən bu qrupun xanımları da utancaq olurlar. Onlar ailəcanlı, öz həyat yoldaşlarına sadiq və mehribanlıqları ilə fərqlənirlər.


3-cü qan qrupu olan insanlar açıq və nikbindirlər. Daha çox macəraları sevən bu insanlarən əllərinə həyat tərzini dəyişmək imkanı düşəndə bu şansı əldən vermirlər. Sağlamlıqlarına xüsusi diqqət yetirən bu qrup insanlar iş nə qədər vacib olsa da istirahətlərinə vaxt ayırmağı bacarırlar.Bu qrupa aid olan kişilər qadınlara çox meylli olurlar. Onlar xanımları dilə tutmağı, ürəklərinə girməyi ustalıqla bacarırlar. Bu qrupun qadınlarında isə özünəgüvənlik daha çox özünü biruzə verir. Onlar kişilərin sədaqətinə və etibarına çox da inanmırlar.


4-cü qan qrupu olan insanlar ətrafdakıları özlərinə tez cəlb etməyi bacaranlardır. Bu insanların əsas məqsədi həyatda mümkün olan hər şeyi əldə etməkdir. Bir çox hallarda hisslərini cilovlaya bilməyən bu qrup insanlar gözlənilməyən və qəfil hərəkətləri ilə fərqlənirlər. 4-cü qrup qan daşıyıcıları öz iradələrinə tabe ola bilmirlər, öz istəklərinin quluna çevrilirlər. Bu qrupa aid olan kişilər intim münasibətdə fəaldırlar və özlərini bu sahədə əvəzolunmaz sayırlar. O cümlədən ağıllı və hiyləgərdirlər. Bu qrupun qadınları tələbkar və özlərinə qarşı diqqətlidirlər. Onlar özlərinə həyat yoldaşı seçərkən ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar.


Damarlarınızda hansı qrupun qanını daşımağınızdan asılı olmayaraq çalışın ki, səmimi, mehriban, doğmalarınıza və cəmiyyətimizə gərəkli insan olasınız.

Dunyatv.az


  • Müəllif: Sebine
  • Tarix 22-02-2014, 14:29
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 1 203
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac