Günəşdə partlayış olacaq

"Bu gün geomaqnit fəallığı yüksək olacaq, Günəşdə isə 35-40 % ehtimalla partlama baş verəcək". 

Bunu Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev ANS PRESS-ə açıqlamasında bildirib. Hazırda həyəcanlanma var, amma maqnit qasırğası yoxdur: "Həyəcanlanma bu gün, sabah da davam edəcək. Bu gün geomaqnit fəallığı yüksək olacaq, Günəşdə 5 % ehtimal da varki güclü rentgen alışması olsun".

E. Babayev fevralın 19-20 tarixlərindən Günəşdə fəallığın artdığını və geomaqnit qasırğasının baş verdiyini xatırladıb: "Buna səbəb günəşin diskində 140-a yaxın Günəş ləkəsinin və 7 aktiv ləkə qrupunun müşahidə olunmasıdır. Bunların siyahısında 1982 nömrəli Günəş ləkəsi daha fəaldır, onun maqnit quruluşu da mürəkkəbdir, həm də geoeffektiv vəziyyətdə yerləşir".Elçin Babayev partlayışın təsirinin Azərbaycanda nə dərəcədə hiss olacağına aydınlıq gətirib: "Adətən bu cür hallar yerdə, yuxarı N dairəsində yerləşən ölkələr üçün daha təsiredici olur. Azərbaycan isə orta N dairəsində yerləşdiyi üçün təsiri azdı”. Mütəxəssislər bu hadisənin xüsusilə elektronik cihazlar və ürək xəstələri üzərində təsirli olacağını ehtimal edirlər. Hətta bəzi insanların reflekslərində nasazlıqlar meydana gələ bilər. Bu, yuxusuzluq, sürətli qərar verə bilməmə, əsəb sistemində narahatlıq və baş ağrısı kimi özünü göstərə bilər. Qeyd edək ki, 19-20 fevral tarixlərində geomaqnit sahəsi özünü çox güclü göstərib. Geomaqnit fəallığı 5 ballıq sistemdə 2 bal həcmində qiymətləndirilib. Fəallığın əsas səbəbi isə yer ətrafı günəş partlamasından sonra fəzaya atılmış plazma kütlələrinin yerə gəlib çatmasıdır.
  • Müəllif: Guler
  • Tarix 22-02-2014, 17:44
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 620
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac