Gəncədə ölümə nəticələnən yol qəzası baş verib

SalamNews-un bölgə müxbirinin xəbərinə görə səhər saatlarında Məhsəti qəsəbəsindən şəhərə gələn minik avtomobili ilə qəsəbəyə doğru hərkətdə olan sərnişin avtobusu toqquşub.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumtda bildirilib ki, hadisə səhər satlarında şəhərin Məhsəti qəsəbəsi ərazisində qeydə alınıb. Gncə sakini 28 yaşlı Elşad Məmmədovun idarə etdiyi VAZ-2106 markalı, 57 BC 967 dövlət qeydiyyat nişanlı avotmobil qəsəbədən şəhər istiqamətinə hərəkətdə olarkən Vasif Məmmədovun idarə etdiyi "İsuzu" markalı sərnişin avtobusu ilə toqquşub.
VAZ- 2106-nın sürücüsü 28 yaşlı Elşad Məmmədov hadisə yerində ölüb. Sürücünü cəsədini deformasiyaya uğrayan avtomobildən çıxarmaq mümkün olmadığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Onlar xüsusi alət və avadanlıq vasitəsilə deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Sərnişin avtobusunda və minik avtomobilində sürücülərdən başqa əlavə sərnişin olmayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində aparşdırma aparılır. İlkin etimala görə, qəzaya yüksək sürət səbəb olub.
  • Müəllif: Guler
  • Tarix 24-02-2014, 10:55
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 1 312
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac