Bu içkiləri içməyin - ciddi xəbərdarlıq

Bu içkiləri içməyin - ciddi xəbərdarlıq

DunyaTv.az Xəzərxəbər.com-a istinadən bildirir ki,tərkibində yüksək səviyyədə kofein və digər komponentləri ehtiva edən enerji içkiləri, uşaqlar və gənclərdə ciddi problemlər yaradır. Bu barədə artıq xəbərdarlıq edilib.

"Pediatrics" jurnalının verdiyi məlumata görə, alimlərin xəbərdarlığı, enerji içkilərinin sağlamlığa ciddi təsiri ilə əlaqədar elmi araşdırmalardan sonra edilib.
Mayami Universitetindən Steven Lipşultz və araşdırma qrupu, enerji içkiləri ilə əlaqədar istehsalçıların internet saytlarında bu cür içkilərlə əlaqədar verdikləri məlumatları araşdırıblar.
Bu sistematik araşdırmanın nəticəsində, bu içkilərin xüsusilə uşaqların və gənclərin sağlamlığına ciddi ziyan vurduğu ortaya çıxıb. Enerji içkiləri sayıqlama, yuxusuzluğa, ürək problemlərinə, şəkər xəstəliyinə və ruhi xəstəliklərə yol açır.
Araşdırmada həmçinin qeyd edilib ki, bu növ içkilərin heç bir müalicəvi köməyi yoxdur. Enerji içkilərini istehsal edən şirkətlər isə bu içkilərin zehni və fiziki gücü artırdığını iddia edirlər.
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 24-02-2014, 10:36
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 692
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac