dunyatv.az
CANLI YAYIN

Soçi olimpiadası başa çatdı

24-02-2014, 11:16

 DunyaTv.az Publika.az -a istisnadən xəbər verir ki, Soçidə "Fişt" Olimpiya stadionunda təşkil olunan XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.


25 min könüllünün qatıldığı olimpiadada 2 800-ə yaxın idmançı 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıb.

Rusiya Soçi olimpiadasında medal sayına görə birinci pillədə yer alıb - 13 qızıl, 11 gümüş, 9 bürünc. Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü sırada qərarlaşıb.

Ümumilikdə Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıb.
Azərbaycan bu olimpiadada 4 idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib.

 


Oxunub: 809

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.