Bürclərin ayrılıq dərdi: biveclər və depressivlər

 Sevdiyi insanla ayrılmaq hər kəsə fərqli təsir göstərir. Bəziləri uzun müddət depressiyaya düşdüyü halda, bəziləri ayrılıq acısını tez unudur və həyatlarına davam edir. Bəs bunun səbəbi bürclər ola bilərmi? 

 

Qoç - Tərk edilən qoç ən qısa müddətdə özünə yeni sevgili tapacaq. Bu, sizi üzməsin, o, doğuşdan belədir. Əgər tərk edən tərəf sizsinizsə, qoç sizi yenidən qazanıb-qazana biləməyəcəyini sınaqdan keçirmək üçün xoş davranmağa başlayacaq. Qoçun ayrıldıqdan sonra yeni sevgili tapmağa çalışması sizi heç vaxt sevmədiyi mənasına gəlmir. Sizi sevib, ancaq qoç üçün bir münasibət bitdisə, deməli, bitdi. Qoçlar keçmiş barədə fikirləşməyi sevməz.

 

Buğa – Ayrılsa da, heç vaxt əl çəkməz. Sevdiyi insanı öz malı, özününkü hesab edər. Əgər ayrılan tərəf sizsinizsə, bütün əlaqələri kəsib arada balaca bir ümid belə, olmadığına inandırın. Buğalar illərlə bir balaca ümid üçün gözləyə bilərlər. Səbrli və arzuladıqları şeylərə çox bağlıdırlar. Əgər keçmiş sevgiliniz buğadırsa və sizi həqiqətən sevibsə, o, yeni biriylə tanış olmayacaq. Buna görə ayrılanda ona heç bir ümid qalmadığını başa salın. Ayrıldıqdan sonra heç vaxt buğa sevgilinizlə dost qalmağa çalışmayın.

 

Əkizlər - Ayrıldıqdan sonra əkizlər həyatlarına olduğu kimi davam edə bilərlər, ancaq bəzən sizinlə bağlı hisslərində qarışıqlıq yaşaya bilərlər. Hətta sizinlə dost qalmağı təklif edib, sonra soyuq davrana bilərlər. Ona dəyər vermədiyinizi düşünsə, sizinlə bağlı dedi-qodu yayan biridir. Ayrıldığınızı hamı biləcək. Əkizlər ayrıldıqdan sonra özlərini çox tez toplayıb, yeni münasibətə başlayan bürclərdir.

 

Xərçəng - Xərçəng bir fəlakət deməkdir. Əgər xərçəng həqiqətən çox sevirsə, ayrılığı qəbul edə bilməz. Göz yaşları içində bir otaqda oturub, şəkillərinizə baxar və mesajlarınızı təkrarən dəfələrlə oxuyar. Hətta falçıya gedib, yenidən birlikdə olub-olmayacağınıza ümid var və ya yox deyə öyrənməyə çalışar.  Xərçənglər ayrıldıqdan sonra xaricdən sakit, soyuqqanlı görünsələr də daxildən çökürlər. Bir müddət sonra sizə səssiz zənglər gələcək. Bəzi xərçənglərdə ayrılıq acısı 1 ay davam etsə də bəziləri ruh əkizlərini tapana kimi özlərinə gələ bilmirlər.

 

Şir - Bir müddət bikef olsa da, qısa müddət sonra yeni birini axtarmağa başlayacaq. Duyğularını açıq şəkildə ifadə etdiyi üçün çox kədərlənir, ancaq yeni birini tapanda hər şey dəyişər. Buludlarda gəzən şir sizin varlığınızı belə unudar. Tərk edilən şirlər güclü imicinə xələl gəlməməsi üçün heç vaxt kədərliymiş kimi görünmək istəməz.

 

Qız - Tərk edilən qız bürcü ayrılıqlarına nəyin səbəb olduğunu bilmək üçün münasibəti başdan ayağa analiz edəcək. Ayrılıq onlara pis təsir etsə də, soyuqqanlı görünməyə çalışar. Ancaq özünü düşünər, ayrılığın məntiqli səbəbini tapıb, bütün günahı sizdə görəcək və şəxsiyyətinizi didik-didik edəcək. Günahın sizdə olduğunu düşünsə, özünü rahat hiss edəcək.

 

Tərəzi - Ayrılan tərəzi təxminən 1 həftə ağlayıb kədərlənəcək. Daha sonra tez bir zamanda özünə yeni sevgili tapacaq, çünki yalnızlığa nifrət edir. Tərk edilən tərəzi üçün narahat olmağa dəyməz.

 

Əqrəb – Əqrəblər ayrılığa dözümsüzdür. Sizi unutması asan başa gəlməyəcək. Ancaq əmin olun ki, onun üçün unudulmaz da deyilsiniz. Gec unudacaq, ancaq unutduqdan sonra heç vaxt onun üçün əhəmiyyətli olmayacaqsınız.

 

Oxatan - Tərk edilən oxatanlar "olan olduqdan sonra kədərlənməyin mənası yoxdur” deyə düşünərək, yeni birini tapmağa çalışacaq. Oxatanların həyatında keçmişdən qalan və ondan yeni bir şans gözləyən biri mütləq var.

 

Oğlaq – Ayrılsa da hər şey qaydasında imiş kimi davranar. Sakit görünsə də daxildə çox məyusdur. Tək olanda ağlayar.  O dəqiqə yeni sevgili axtarmağa çalışmaz. Bir müddət özünə gəlməyə çalışar.

 

Dolça - Ətrafında əhvalını yüksəldəcək bir çox dostu var. Həftələrlə kədərli olmasını gözləməyin, çünki olan olduqdan sonra ağlamağın heç bir faydası olmadığını düşünür. Yeni sevgili tapmağın da vaxtı gələcək, ancaq hələ bir müddət dostlarıyla vaxt keçirməyi üstün tutur.

 

Balıqlar - Həftələrcə ağlayacaq. "Ayrılaq” deyən kimi həmin yerdən qaçın, yoxsa balıq nə səhvinin, günahının olduğunu soruşacaq. Məktub yazacaq və sizi yenidən qazanmaq üçün dostlarını araya salacaq. Yeni bir ümidin olmadığını ona yaxşı başa salın.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 25-02-2014, 11:25
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 724
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 15 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac