İlham Əliyev Sumqayıtdadır

İlham Əliyev Sumqayıtdadır

Ölkə prezidentinin bu gün səhər saatlarında Sumqayıta səfər etdiyi bildirilir. 

 

 

Bir neçə gün idi ki,  ölkə preidenti İlham Əliyevin Sumqayıta səfər edəcəyi xəbəri mətbuatda yayılmışdı. Bununla əlaqədar olaraq dünən Sumqayıtın mərkəzi Sülh küçəsi gün ərzində bağlı olub. Şəhərin həmin ərazisində abadlaşdırma işləri aparılıb, yol xətləri yenidən çəkilib, küçə əvvəldən axıra təmizlənib. 

Bu gün səhər saat 10 radələrində isə prezident İlham Əliyev gözlənildiyi kimi Sumqayıta gəlib. Artıq ölkə prezidentinin STP-də emal müəssisəsinin açılışında olduğu bildirilir. Bundan əlavə İlham Əliyev Sumqayıtda fəaliyyət göstərəcək Mis və Karton zavodlarının açılışında da iştirak edəcək.  Səfər çərçivəsində prezident Sumqayıtda həyata keçiriləcək layihələrlə də tanış olacaq. 
İlham Əliyevin Nəzimi parkına da baş çəkəcəyi gözlənilir.

  • Müəllif: Pervin_M
  • Tarix 25-02-2014, 11:26
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 734
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac