Bu gecə sərxoş kişi Bakıda hamını oyadıb

Bakının Qaradağ rayonunda sərxoş kişi hamını ayağa qaldırıb. 

DunyaTv.az Publika.az-a istinadən məlumat verir, "112” qaynar telefon xəttinə Qaradağ rayonunda mənzildə bağlı qapı arxasında 1973-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalması barədə zəng daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən həmin şəxs sərxoş vəziyyətdə aşkarlanıb.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 25-02-2014, 12:36
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 556
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac