Azərbaycan rəqəmsal TV-nin ehtiyat ötürücü şəbəkəsini yaradır

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi (İB) DVB-T standartlı rəqəmsal televiziya siqnalının dayanıqlığını təmin etmək üçün ehtiyat ötürürücü aparatların quraşdırılmasına başlayır. Bunu bazar ertəsi Trend-ə İB-dən deyiblər.
İB-dən qeyd ediblər ki, ilkin mərhələdə ehtiyat şəbəkə Bakıda yaradılacaq, sonra isə respublikanın regionlarını əhatə edəcək. Ehtiyat şəbəkə siqnalın zəif qəbul olunduğu yaşayış məntəqələrində rəqəmsal TV siqnalının dayanıqlığını təmin edəcək və əhatə dairəsini genişləndirəcək.
Ehtiyat şəbəkənin yaradılması üçün zəruri avadanlığın alınması nəzərdə tutulur. Paralel olaraq analoq siqnalının dayandırılması üzrə tədbirlər planı hazırlanır. Rəqəmsal yayım standartına tam keçidin ilin sonunadək baş tutacağı gözlənilir.

DunyaTv.az

  • Müəllif: Dilber
  • Tarix 25-02-2014, 15:06
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 981
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 11 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 15 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Baxılıb: 10 | Şərhlər: 0 | Müəllif: dunyatv
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac