Yolumuza çıxan maneələr

Yolumuza çıxan maneələr

Köhnə zamanlarda bir kral , saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş , özü də nələr olacağını görmək üçün pəncərəyə oturmuşdu
Səhərdən günortaya qədər ölkənin ən zəngin tacirləri , ən güclü karvançıları , saray vəzifəliləri bir-bir gəldilər və hamısı qayanın ətrafından gəzib saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid etdi.
Xalqından bu qədər vergi alır , amma yolları təmiz tuta bilmir.
Daha sonra Saraya meyvə və tərəvəz gətirən bir kəndli çıxıb gəldi.
Kürəyində daşıdığı Kufə yerə endirərək iki əli ilə qayaya sarıldı. Möhkəmcə itələməyə başladı.
Sonunda qan tər içində qaldı amma , qayanı da yolun kənarına çəkməyi bacardı. 
Tam çuvalını yenidən kürəyinə almaq üzrə idi ki , qayanın köhnə yerində bir kisənin dayandığını gördü. Açdı .. Kisə qızıl dolu idi. Bir də kralın qeydi vardı içində ..
"Bu qızıllar qayanı yoldan çəkən adama aiddir " deyirdi kral. Kəndli , bu gün də bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı .
" Hər maneə , həyat şərtlərinizi daha yaxşı olmasını təmin edəcək bir fürsətdir .."
  • Müəllif: Guler
  • Tarix 25-02-2014, 15:06
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 629
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac