dunyatv.az
CANLI YAYIN

Ötən gecə Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisəsi bas verib [video]

25-02-2014, 16:40

Dunyatv.az xəbər verir ki, Ötən gecə Bakı-Quba yolunda ağır yol nəqliyyat hadisəsi bas verib.
Nəticədə idarəetməni itirən sürücü qəza törədərək ağır yaralanıb. Qarşısına çıxan yük maşınından qaçdı, lakin özü qəza törətdi. Ağır yol nəqliyyat hadisəsi ötən gecə saatlarında Bakı-Quba yolunda Şurabat qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Sürücü 42 yaslı Ilqar Quliyev idarə etdiyi KIA CERATO markalı 50 CL 166 dövlət nömrə nişanlı avtomobili ilə Bakıdan Quba istiqamətində hərəkətdə olarkən, qarşı tərəfdən gələn kamaz markalı yük maşını anidən onun qarşısına çıxıb və sürücü Ilqar Quliyev idarəetməni itirib və yoldan çıxaraq aşıb.Nəticədə Ilqar Quliyev ağır kəllə beyin travması ilə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı baş dövlət yol polisi idarəsində araşdırma aparılır.
Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekispertizanın reyindən sonra məlum olacaq.
 
 


Oxunub: 1 139

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.