dunyatv.az
CANLI YAYIN

Bu gün Sumqayıtda hava necə olacaq?

26-02-2014, 10:08

Bu gün Sumqayıtda hava necə olacaq?

 

Fevralın 26-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat 

AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcəkdir. Axşam bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 0-5° isti olacaqdır. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7°, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-7° isti olacaq.

 


Oxunub: 898

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.