dunyatv.az
CANLI YAYIN

Əməkdar artist Xocalı soyqırımı günü Türkiyədə nə edib?

26-02-2014, 11:20

Əməkdar artist Xocalı soyqırımı günü Türkiyədə nə edib?

 Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
DunyaTv.az Axşam.az-a istinadən bildirir ki,tədbirdə əməkdar artist, skripkaçı Səlim Abbasov, həmçinin əməkdar artist Natiq Şirinovun başçılıq etdiyi "Natiq ritm” qrupu da iştirak edib.
"Hazırda Türkiyədəyəm. Buraya gəlişimin səbəbi ermənilərin illər ərzində Azərbaycan xalqına etdiyi zülmləri öz musiqimlə hər kəsə bəyan etməyimdir. Bu tədbirdən mənə dəvət gələn zaman sevə-sevə qəbul etdim. Çünki mən hər zaman dövlət tədbirlərində iştirak edirəm və bununla qürur duyuram. Tədbirdə mənlə yanaşı, "Natiq ritm” qrupu da iştirak etdi. Məhz həmin gün üçün xüsusi hazırladığım "Şəhidlər” kompozisiyasını da qonaqlara təqdim etdim” – deyə, S. Abbasov fikirlərini bölüşüb.

 
DunyaTv.az


Oxunub: 1 360

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.