dunyatv.az
CANLI YAYIN

Südün inanılmaz faydaları: bunları bilmirdiniz

26-02-2014, 17:30

 Süd barədə bir neçə fakt

Doğulanda ilk qida kimi qəbul elədiyimiz süd böyüdükcə qida rasionumuzda yerini başqa maddələrə versə də, həmişə önəmini saxlayır. Həyatımız boyu təkcə hazır qida kimi deyil, müxtəlif məhsulların tərkibində də süddən istifadə edirik. Bəs südün başqa xüsusiyyətlərini necə, bilirikmi? Ailəm.az südün möcüzəvi xüsusiyyətləri haqqında yazını təqdim edir.

Dondurucudan çıxan balığı bişirəndə onu təzə hala gətirmək üçün balığın buzu açılana kimi süddə saxlayın. Süd donmuş balığa təzə balıq dadı verəcək.

Qıcqırmış südlə qaralmış gümüşünüzü parılda bilərsiniz. Əgər qıcqırmış süd yoxunuzdursa, o zaman təzə südə sirkə qataraq, məhlul hazırlaya bilərsiniz. Kirini, pasını təmizləmək üçün gümüşü süddə yarım saat saxlayın. İlıq sabunlu suyla yaxalayıb, yumşaq bir bezlə qurulayıb parladın.

Dərinizin günəş şüasından yanmış və ya böcək sancmış nahiyəsinə südlü məcun sürtün. Bunu necə hazırlamalı: süd tozunu onun iki misli su ilə qarışdırb, içinə bir-iki çimdik duz atın.

Qarğıdalı yeməyi çox sevirsiniz? Onun daha dadlı və diri bişməsi üçün suyun içinə əvvəlcədən 50 qram süd tozu tökün.

Makyaj təmizləyiciniz bitibsə, bunu özünüz də hazırlaya bilərsiniz. 3 yemək qaşığı süd tozunu 80 ml ilıq suyla krem halına gətirənə kimi qarışdırıb, pambıqla üzünüzə sürtərək makyajı təmizləyin. Sonra çoxlu su ilə yaxalayın.

Üzünüzün daha gənc və təravətli olmasını istəyirsinizmi? O zaman 50 qram süd tozuna qatı hala gələnə kimi su töküb qarışdırın. Bu qatqını üzünüzə çəkib tamamilə qurumasını gözləyin, sonra ilıq su ilə yuyun.

Süd vannası qəbul etmək bədəninizi yumşaldar, dərinizi daha da təravətli edər. Bunun üçün vannanıza 100 qram süd tozu atın.

Çox qədim servisinizin boşqabı çatlayıb və bu sizi məyus edir. Onu zibilliyə atmazdan əvvəl bir də bunu yoxlayın: qazana süd töküb boşqabı içinə qoyun. Boşqab südün içində təmiz itsin. Qaynatmağa başlayın. Qaynamağa başladığı zaman qazın dərəcəsini azaldın və 45 dəqiqə qaynadın. Süddə olan protein çatlamış yeri örtəcək.

Çirkli bir iş gördükdən sonra əllərinizi yumşaltmaq və təmizləmək çətin olur. Yulaf unu və süddən ibarət bir məcunla əllərinizi təmizləyin. Bu həm əllərinizi yumşaldar, həm də ləkələri aparar.

Laklı ayaqqabı və çantalarınızın təzə və parlaq qalması üçün süd çəkin, quruyandan sonra parıldatmağa çalışın.

Rəngli paltarlarınızı bir gecə süd vannasında saxlasanız mürəkkəb ləkəsi gedər.

DunyaTv.az


Oxunub: 706

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.