dunyatv.az
CANLI YAYIN

Kıvanc Tatlıtuğ itkin düşdü

26-02-2014, 17:31

Kıvanc Tatlıtuğ itkin düşdü 

Martda Türkiyənin Star TV telekanalında nümayişi başlanacaq "Kurt Seyit və Şura" teleserialının çəkilişləri Rusiyanın paytaxtı Moskvada davam edir.
Teleserialda "Kurt Seyit" rolunu oynayan tanınmış aktyor Kıvanç Tatlıtuğ dünən itkin düşmüşdü.
O, heç bir telefon zənginə cavab verməyib.
DunyaTv.az Milli.Az-a istinadən bildirir ki, teleserialın çəkiliş qrupuna jurnalistlər zəng vuranda səbəb bəlli olub.
Sən demə, bütün diqqəti oynadığı baş rola yönəltmək üçün K.Tatlıtuğ Türkiyə xətli telefonunu bağlayıb, özünə Rusiyanın mobil rabitə operatorlarından birinin nömrəsini alıb.
Həmin nömrəni aktyor sadəcə sevgilisi Başak Dizer və çəkiliş qrupuna verib.
Üstəlik, çəkiliş qrupuna da tapşırıb ki, ona Türkiyədən zəng vursalar, desinlər: "Martın 6-da İstanbula qayıdanda görüşərik". 
DunyaTv.az

 

 


 

 

 


Oxunub: 718

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.