dunyatv.az
CANLI YAYIN

Facebook-un "ata"sı ziyafət verdi

26-02-2014, 17:30

 İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress"də Facebook-un sahibi Mark Zukerberq ziyafət verib.
Ziyafət ona mənsub olan sosial şəbəkənin 19 milyard dollara WhatsApp messencerini satın alması, habelə Markın xanımı Prisilla Çanın 29-cu ad günü ilə bağlı idi.
DunyaTv.az Milli.Az-a istinadən bildirir ki, Barselonadakı "Boujis" restoranındakı qonaqlar arasında WhatsApp-ın banilərindən biri Yan Koum, habelə dünyaca məşhur koreyalı reper PSY (əsl ad və soyadı Pak Çje Sanqdır) vardı.
WhatsApp messencerinin 450 milyon istifadəçisi var. 50 nəfərin çalışdığı şirkətin messencerinin istifadəçilərinin 70 faizi WhatsApp-dan aktiv istifadə edir. Hər gün istifadəçilərinin sayı 1 milyon nəfər artan, sutkada 600 milyon fotoşəkil və 200 milyon səsli mesajın göndərildiyi WhatsApp-la yollanan ismarıcların sayı dünya miqyasında SMS-lərin sayına çatıb.


DunyaTv.az


Oxunub: 584

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.