dunyatv.az
CANLI YAYIN

Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumu ləğv edildi

26-02-2014, 17:30

 Baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edməsi haqqında qərar imzalayıb. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunan dəyişiklik avtomobil benzin növləri üzrə gömrük idxal rüsumu dərəcələri ilə bağlıdır.
Qərarda əsasən , 95-dən az oktan ədədi ilə ifadə olunan (A-72 markalı) benzin növü üzrə 15 faizlik gömrük idxal rüsumu ləğv edilib. Bu qərar 2014-cü il iyunun 1-dək qüvvədədir. A-95 və daha yüksək markalı benzin növləri üzrə də 15 faizlik gömrük idxal rüsumu ləğv edilib və bu, zamanla məhdudlaşdırılmayıb. Yüksək markalı benzin növləri üzrə gömrük idxal rüsumunun ləğv edilməsi fevralın 1-dən qüvvədədir.
DunyaTv.az


Oxunub: 746

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.