dunyatv.az
CANLI YAYIN

“Beşiktaş” Bakıda futbol məktəbi açır

26-02-2014, 17:18

 Daha bir Türkiyə təmsilçisi – "Beşiktaş” klubunun Bakıda futbol məktəbi açılacaq.

"Qafqazinfo” xəbər verir ki, bu barədə apasport.az saytına məlumatı vaxtilə "Gilan”, "Bakılı” və "Neftçala”da oynamış türkiyəli futbolçu Abdul Kadir Öz verib.

 O, bildirib ki, bu gün "Beşiktaş”ın aşağı yaş qrupları üzrə direktoru Ufuk Pak Bakıya gələcək. Pakın səfərinin məqsədi futbol məktəbinin burda hansı ərazidə açılmasının daha məqsədəuyğun olduğunu müəyyənləşdirməkdir.

 Böyük ehtimalla, "Beşiktaş”ın futbol məktəbinə gələcək azyaşlı uşaqlar Bakı Dövlət Universitetinin nəzdində olan stadiondan yararlanacaq. Açılış mərasiminin apreldə keçirilməsi nəzərdə tutulub.  

 Qeyd edək ki, buna qədər Bakıda "Qalatasaray”, "Fənərbaxça” və "Antalyaspor” klublarının futbol məktəbləri açılmışdı.


Oxunub: 1 035

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.