dunyatv.az
CANLI YAYIN

Bütün dünyanın gözü Bakıda - VİDEO

13-11-2013, 12:24


Bakıda keçiriləcək avtoralli 175 ölkədə yayımlanacaq 

22-24 noyabrda keçiriləcək yarış üçün Hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Publika.az xəbər verir ki, Bakıda növbəti dəfə baş tutacaq avtoralli şou üçün artıq bir sıra küçələrdə beton dəmir konstruksiyalar quraşdırılıb. Şounun 22-24 noyabr keçirilməsi nəzərdə tutulub. 

Avtomobillərin yarışı üçün hökumət evindən Lökbatan dairəsinə kimi təhlükəsizlik sədləri çəkilib. Artıq bu yollarda işlərin bir hissəsi yekunlaşmaq üzrədir. Yarışda CT-3-ün 14 beynəlxalq komandası və 30 avtomobili, həmçinin tarixi "Formula 1" yarışının 15 avtomobili iştirak edəcək. Sözügedən maşınlar Xəzər dənizi boyunca uzanan 4 km uzunluğundakı yolda yarış dairəsində düzüləcəklər.

Yarış Avropa, Asiya, Amerika, Yaxın Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq və 175-ə qədər ölkənin kanallarında göstəriləcək. Avtoralli ustaları ötən ilin oktyabr ayında keçirilən yarışda olduğu kimi izləyicilərə həyəcanlı anlar yaşadacaqlar.

Avtoralli yarışı ilə əlaqədar paytaxtda bir sıra küçə və prospektlər bağlanacaq. Xüsusilə Bakının Neftçilər prospekti və Bibiheybət məscidi istiqamətindən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Eləcə də Lökbatan dairəsinə gedən yolda avtomobillərin hərəkətinə icazə verilməyəcək.

 

 

 


Oxunub: 1 124

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.