dunyatv.az
CANLI YAYIN

Sumqayıtda “Qadın klubu” yaradılır

26-02-2014, 17:18

 Sumqayıtda "Qadın klubu" yaradılacaqdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçiriləcək layihə çərçivəsində 30-a yaxın qadının iştirakı ilə təlim keçiriləcəkdir.
Layihənin əlaqələndiricisi Səbinə Məmmədova AzərTAc-a bildirmişdir ki, məqsəd gənc xanımlara müxtəlif sahələrlə bağlı maarifləndirici məlumatlar verməkdir. Layihə çərçivəsində keçiriləcək təlimdə dörd mütəxəssisin - pediatr, ginekoloq, psixoloq və kosmetoloqun gənc qadınlarla görüşü təşkil olunacaqdır. Təlim xarakterli görüşdə mütəxəssislər məruzə ilə çıxış edəcək, gənclərin suallarını cavablandıracaqlar


Oxunub: 808

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.