dunyatv.az
CANLI YAYIN

İlin ən yaxşı smartfon və planşeti məlum olub

26-02-2014, 17:18

Barselonada keçirilən "MWC” sərgisinin təşkilatçısı "GSM (GSMA)” assosiasiyası 40 nominasiyada qalibləri mükafatlandırıb. "Ən yaxşı smartfon" və "ən yaxşı planşet" nominasiyaları daha böyük maraq kəsb edir. 

Münsiflər heyəti növbəti dəfə Tayvan istehsalçılarının xidmətini qiymətləndirib və "HTC One” ilin ən məşhur "ağıllı” telefonu elan edilib. 

İnterAz "ICTnews” elektron xəbər xidmətinə istinadən bildirir ki, "GSMA” təşkilatı smartfonun nəfis dizaynını və istifadəçi interfeysini qeyd edib.

"Ən yaxşı planşet” nominasiyasında "iPad Air” ən yaxşı planşet elan edilib və ucuz smartfonlar arasında "Nokia Lumia 520”-nin tayı-bərabəri olmayıb. Ən yaxşı mobil telefon "Nokia 105”, assosiasiyanın versiyasına görə, ən innovativ şirkət isə "LG” olub.


Oxunub: 565

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.