dunyatv.az
CANLI YAYIN

WhatsApp-da iki möhtəşəm yenilik

26-02-2014, 17:18

WhatsApp-da iki möhtəşəm yenilik

 Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un 19 milyard dollara satın aldığı WhatsApp messencerində iki ciddi yenilik olacaq.

Dunyatv.az Xəzərxəbər.com-a istinadən məlumat verir-beləki bundan sonra  messencer istifadəçisinin profil şəklini onun istəmədiyi adamlar görməyəcək.
Digər yenilik isə smartfondakı proqramdan axırıncı dəfə nə zaman istifadə etdiyinizin göstərilməsinin bundan sonra sizdən asılı olmasıdır. Yəni WhatsApp-dan son istifadə dəqiqəsi "Hamıya göstər" və ya "Kimsəyə göstərmə" seçimləri ilə tənzimlənəcək.
Android əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri yeniliklərdən artıq faydalana bilərlər. iPhone sahibləri isə yeniliklərdən bir həftə sonra yararlana biləcəklər.
DunyaTv.az


Oxunub: 815

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.