"Facebook" istifadəçilərinə bəd xəbər

"Facebook" istifadəçilərinə bəd xəbər

"Facebook"da gələn aydan etibarən e-poçt hesabı bağlanacaq

Dünyanın ən böyük sosial şəbəkəsi "Facebook"da gələn aydan etibarən e-poçt hesabı bağlanacaq.

ans press-in xəbərinə görə, "Facebook" e-poçt xidmətini 2010-cu ildə istifadəyə vermişdi.

Şirkətin böyük ümidlərlə həyata keçirdiyi facebook.com domenli e-poçt xidməti bu ilin mart ayından etibarən sona çatacaq.

Bağlama qərarının əsas səbəbi olaraq isə bu xidmətin kifayət qədər marağa səbəb olmamağı səbəb göstərilir.

Nəzərənizə çatdıraq ki, "Facebook" üzvlərinin "istifadəçiadı@facebook.com" şəklində e-poçt hesabı mövcuddur.

Bir çox istifadəçinin bu xidmətdən xəbəri yoxdur. Mart ayından sonra istifadəçilərin "Facebook.com" domenində olan e-poçt ünvanlarına gələn mesajlar üzvlərin qeydiyyat zamanı istifadə etdiyi e-poçt ünvanlarına yönləndiriləcək.

Bundan başqa əvvəllər göndərilən e-poçtlar isə "İsmarışlar" hissəsində "Digər ismarışlar" qutusunda görünəcək.
[b][/b]

 

  • Müəllif: Pervin_M
  • Tarix 27-02-2014, 10:41
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 557
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac