Masallıda evdə partlayış olub, bir ailənin üç üzvü ağır yaralanıb

Masallıda, fərdi yaşayış evində baş verən partlayışda bir ailənin üç üzvü ağır yaralanıb.

Ağır xəsarət alanlar arasında 6 yaşlı uşaq da olub.
Bu barədə Gün.Az-ın bölgə müxbiri xəbər verir.
Məlumata görə hadisə dünən təqribən saat 17:45 radələrində rayonun Türkoba kənd sakini, 47 yaşlı Yaşar İslam oğlu Nəsirova məxsus üçotaqlı evdə qeydə alınıb. Hadisə şahidləri deyir ki, əraziyə təbii qazın verilişində fasilə yaranıb. Ev sahibləri qaz sobasına odun qoyaraq evi isti ediblər. Mavi yanacaq kəndə verilən zaman evdə güclü partlayış baş verib.
Partlayış nəticəsində, ev sahibinin həyat yoldaşı, 47 yaşlı Faiqə Məlik qızı Nəsirova və onun iki uşağı, 17 yaşlı İslam və 6 yaşlı Güldərə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar təcili olaraq Masallı Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Yaralılara müvafiq ilkin tibbi yardım göstərilməsinə baxmayaraq hər üçünün vəziyyəti ağır olduğu üçün Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar.
Partlayış zamanı evin bir otağı yanğın nəticəsində içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Masallı Yanğından Mühafizə Hissəsi əməkdaşlarının köməkliyi ilə yanğının qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparırlar.
  • Müəllif: Guler
  • Tarix 27-02-2014, 11:45
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 919
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac