İlin ən yaxşı əməliyyat sistemi

İlin ən yaxşı əməliyyat sistemi

 "Hi-Tech Mail.ru"nun oxucularının səsverməsi nəticəsində "İlin ən yaxşı qadceti" mükafatı çərçivəsində "Windows 8.1" 2013-cü ilin ən yaxşı əməliyyat sistemi seçilib.
Əlavələr mükafatı nominantları sırasında "Hi-Tech Mail.ru" internet birliyi "Windows 8.1" ən yaxşı əməliyyat sistemi elan edib. "Windows 8.1" ƏS mobil qurğular üçün yaradılıb və müasir softun, servisin və avadanlığın təklif etdiyi ən yaxşı şeyləri özündə birləşdirir.

"Windows 8.1" - personal kompüter və planşetlərə uyğun, bir sıra funksiya və imkanlara malik olan ultramüasir əməliyyat sistemidir. "Windows 8.1" ƏS əvvəlcədən "Windows 8"ə qoyulmuş konsepsiyanın məntiqi davamıdır. Bu sistemdə əlavələr və xidmətlər birgə işləyir və əyləncə və iş üçün nəzərdə tutulmuş çevik və aydın mühiti təklif edir. Bundan başqa, "Windows 8.1"də biznes məlumatların uzaqdan silinməsi, biometriyanın yoxlanılmasının təkmilləşdirilmiş dəstəyi, qurğunun bloka salınması və ümumi şifrələnməsi, yaxşılaşdırılmış "Internet Explorer" brauzeri, zərərli proqram təminatından müdafiə və bu kimi təhlükəsizlik alətləri yer alıb.

Qeyd edək ki, "Hi-Tech Mail.ru" ardıcıl olaraq 4 il "İlin ən yaxşı qadceti" mükafatını təşkil edir. Ötən il ərizndə buraxılan qurğulardan portalın redaksiyası ən çox görünən yenilikləri seçib və istifadəçilər arasında səsvermə keçirib. "Hi-Tech Mail.ru" tərəfindən təşkil olunmuş səsvermədə 400 mindən artıq insan iştirak edib. İştirakçılar 10 kateqoriya üzrə səs verib - smartfonlar, kompüterlər, planşetlər, ilin dizaynı, məişət texnikası, audio, əlavələr və eyni zamanda mobil rabitə operatorlarının daxil olduğu "Sair" kateqoriyası. Hər bir seçici hər kateqoriya üzrə yalnız bir dəfə səs verə bilərdi

  • Müəllif: Guler
  • Tarix 27-02-2014, 17:36
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 561
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac