"Bozbaş Pictures"ın Şirini əməliyyat olundu

Aktyor Nicat Rəhimov iki gündür ki, əməliyyat olub. Burun əməliyyatı etdirən Nicat Rəhimovun uzun müddətdir nəfəs almaqla bağlı problemi vardı. Nəfəs yollarını əməliyyat etdirən Nicat həm də estetik əməliyyat etdirib.
Burnunun formasını da dəyişdirən Nicat Rəhimovla əlaqə yaratdıq, aktyor Milli.Az-a açıqlamasında bildirdi: "Nəfəs almaqla bağlı çətinlik çəkirdim, həkim məsləhət gördü ki, əgər əməliyyat olunursansa, estetik də edək, mən də razılıq verdim. Onu qeyd edim ki, burnum bir az dəyişsə də, mənim o məşhur xalım qalıb (gülür). Əməliyyata girəndə böyük bir təəccüb içində idim. Deyim ki, klinikanın bütün həkimləri, tibb bacıları mənimlə şəkil çəkdirirdilər. Qaldığım palatanın önü adamla dolu idi, bu sevgini görüb çox sevindim.
Əməliyyat sonrası dostlarım mənə sürpriz etdilər. Şarlarla, maraqlı yazı ilə məni ziyarətə gəldilər (gülür). Bir daha "Bozbaş Pictures”ın bütün aktyorlarına təşəkkür edirəm. İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, prodüserimiz Rza Bəbirov məni tək qoymadıqları üçün çox sağ olsunlar. Özümü çox yaxşı hiss edirəm, inşallah, yeni burnum ilə "Bozbaş Pictures”də tamaşaçılarla görüşəcəm" (gülür).

DunyaTv.az

  • Müəllif: Dilber
  • Tarix 27-02-2014, 11:45
  • Bölmə: Xəbərlər, Şou-Biznes
  • Baxılıb: 902
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Май 2017    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac