İdmançımızdan möhtəşəm başlanğıç

 DunyaTv.az Milli.Az-a istinadən bildirir ki,Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.HC kateqoriyalı "Tour of Langkawi” yarışı Azərbaycanın "Synergy Baku” komandası üçün uğurla başlayıb. Belə ki, 101 km-dən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat 21 dəqiqə 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb.

O həmçinin dağ mərhələsində hamıdan yaxşı çıxış etməklə qırmızı maykanı da ələ keçirib. İlk mərhələnin qalibi isə "Colombia” komandasının üzvü Duber Kointero olub – 2 saat 21 dəqiqə 40 saniyə.
"Synergy Baku”nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədovla Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərim izin uğurlu çıxışı "Synergy Baku”nun komanda hesabında 2-ci yerdə qərarlaşmasına şərait yaradıb.
Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 27-02-2014, 11:45
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 540
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac