Kişi 25 il müddətində yalnız pizza yeyib

Amerikanın Merilend ştatında yaşayan bir dülgər etiraf edib ki, 25 il müddətində pizzadan başqa heç nə yeməyib.

Bu haqda "Time” nəşri məlumat verib.
DunyaTv.az Gün.Az-a istinadən xəbər verir ki, 38 yaşlı Den Yansen hələ yeniyetmə yaşlarında olarkən pizzadan başqa bütün yeməklərdən imtina edib.

Buna səbəb vegetarian olmağa qərar verməsi idi. Təzə tərəvəzi sevmədiyindən Yansen onları pizzanın tərkibində bişmiş halda yeyirdi. Tədricən bu qida onun gündəlik rasionuna daxil olan yeganə yemək oldu.
"Həyatımın son 25 ili hər gün pizza yeyirəm. Kiçik parçalarla deyil, ancaq bütöv, pendirli pizza sifariş edirəm. O, məni heç vaxt bezdirmir.
Yansenin fikrincə, bəziləri elə hesab edir ki, bu olduqca iri çəkili və qeyri-sağlam insanın sözləri kimi səslənir. Lakin əslində o, artıq çəkidən əziyyət çəkmədiyini və özünü rahat, enerjili hiss etdiyini bildirib.

 

DunyaTv.az

  • Müəllif: Dilber
  • Tarix 27-02-2014, 14:42
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 472
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac