Köpəkbalıqlarını unudun: timsahlar gəldilər

Avstraliyadakı çimərliklərin qorxulu röyası köpəkbalıqlarıdır. Bu dəniz yırtıcıları hər il neçə insanı çimərlik sahillərində parçalayırlar.

Amma indi bir çimərlikdə köpəkbalıqlarını artıq unutmaq gərəkdir, çünki buraya timsahlar daraşıblar.
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, Avstraliyanın qərbindəki Keybl Biç Brum (Cable Beach Broome) çimərliyində uzunluqları 4 metrə çatan timsahlar görünüb.
Yerli sakinlərin dediklərinə görə, onlar hələ ötən ilin dekabrında çimərlikdə timsah görmüşdülər. Amma o yırtıcı yoxa çıxmışdı. İndi isə çimərlikdə iki timsahın Sakit Okean dalğalarına daldıqdarı sezilib.
Turistlər arasında çox populyar, 22 km uzunluğu olan çimərlik real təhlükə yarandığı üçün bağlanıb.
Timsahlardan biri "yoxa çıxıb". Digərini isə sahil mühafizə xidməti tutaraq Brumdan 16 km kənardakı "Malcolm Douglas Wilderness Park"a yerləşdirmək istəyir.

 


  • Müəllif: Guler
  • Tarix 27-02-2014, 15:29
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 620
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac