Hava haqqında [12.02.2014]

Fevralın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
DunyaTv.Az Milli.az-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir, fasilələrlə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2-4°, gündüz 5-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 0-3°, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 5-10° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 2-7°, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 0-2° şaxta olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 0-5°, gündüz 5-10° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-2°, gündüz 2-4° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 1-2-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü, əsasən, əlverişlidir.
  • Müəllif: Guler
  • Tarix 28-02-2014, 10:46
  • Bölmə: Xəbərlər, hava xəbərləri
  • Baxılıb: 632
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac