Bakı möhtəşəm yarışlara hazırlaşır

Bakı möhtəşəm yarışlara hazırlaşır

Çempionata 1-2 noyabr tarixində Azərbaycanda yekun vurulacaq.

Noyabrda Bakıda "Blancpain Sprint Series” Avropa çempionatının final mərhələsi keçiriləcək.

DunyaTv.az Xezerxeber.com-a istinadən bildirir ki, "Blancpain Sprint Series” yarışları Avropanın yeddi mərhələdən ibarət avtomobil yarışları çempionatıdır.

""Blancpain Sprint Series” (2014-cü ildən FİA GT Sprint adını daşıyırdı) reqlamenti dəyişikliyə uğrayıb.

Yarışların təqvimində yeddi mərhələ var, birinci mərhələ 18-21 aprel fransız Noqaroda keçiriləcək. Növbəti mərhələlər İngiltərə, Hollandiya, Slovakiya, Portuqaliya, Belçikada olacaq. Çempionata 1-2 noyabr tarixində Azərbaycanda yekun vurulacaq. Hər mərhələdə bir maşından növbə ilə iki pilot istifadə edəcək”, - məlumatda bildirilir.

Məlumata görə hər mərhələ təsnifləşdirilmiş giriş və müddəti 1 saat olan iki yarışdan ibarətdir. İki pilot maşından növbə ilə istifadə edərək yarışda iştirak edirlər.

Qeyd edək ki, Bakı artıq belə yarışlara ev sahibliyi edib. Bakı yollarının möhkəmliyini, "Formula-1” yarışlarınnı məşhur iştirakçısı Devid Kultxard da yoxlayıb. Bu yarışlar zamanı Azərbaycanda müəyyən müddətə mərkəzi yollar bağlanılıb.

Amma bu son deyil: yarışlar zamanı Bakıda mərkəzi küçələrdə hərəkət dayandırılıb, bu isə sürücülərin gözlənilən neqativ reaksiyasına səbəb olub.

  • Müəllif: Guler
  • Tarix 28-02-2014, 10:56
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 652
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac