Kompüterlər mobil cihazlara uduzur

Fərdi kompüterlərin (FK) satış həcminin azalması mobil qurğuların populyarlığının artması ilə bağlıdır. Bəzi ölkələrdə insanlar internetə çıxış üçün daha çox mobil cihazlardan istifadə edirlər.
Nielsen tədqiqat firmasının məlumatına görə, 2013-cü ilin dekabrında orta statistik amerikalı istifadəçi FK ilə internetdə 27 saat vaxt keçirib, halbuki smartfon və planşetlə iş müddəti 34,5 saat təşkil edib. 
DunyaTv.Az Milli.az-a istinadən bildirir ki, Böyük Britaniyada mobil istifadəçilərin orta aylıq aktivliyi 41 saat 42 dəqiqə olub, masaüstü FK isə 29 saat 14 dəqiqə ərzində internet-sörfinq üçün istifadə olunub. İtaliyada bu göstəricilər müvafiq olaraq 37 saat 12 dəqiqə və 18 saat 7 dəqiqə təşkil edib. 
Hesabata əsasən, amerikalılar ötən ilin dekabrında televizor izləməyə 185 saat, italiyalılar 143 saat 20 dəqiqə, britaniyalılar isə 130 saat vaxt sərf ediblər.
  • Müəllif: Guler
  • Tarix 28-02-2014, 11:25
  • Bölmə: Xəbərlər, Texnologiya
  • Baxılıb: 413
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac