Azərbaycansayağı rəhimlik [video]

Azərbaycansayağı rəhimlik [video]

 DunyaTv.az Oxu.az-a istisnadən xəbər verir ki, Təəssüf, həmvətənlərimizin reaksiyası gözlənilən oldu...

Yəqin ki, çoxlarınız bir neçə gün əvvəl sosial şəbəkələrdə ağlasığmaz populyarlıq qazanmış videoçarxı xatırlayırsınız: əynində nazik sviter olan norveçli oğlan dayanacaqda əyləşib və göstərir ki, ona soyuqdur.

Yoldan ötən insanlar isə ona biganə yanaşmadılar, söhbətə başlayaraq, isti paltarlarını azyaşlı oğlana verdilər.  

Oxu.Az xəbər verir ki, yerli Qütb TV-nin əməkdaşları da Bakıda oxşar təcrübə aparmaq qərarına gəliblər.

Nazik geyimdə olan Fuad adlı oğlan Bakının mərkəzi küçələrindən birində dayanacaqda əyləşir və onun soyuqdan üşüdüyü görünür.

Təəssüf ki, həmvətənlərimizin reaksiyası gözlənilən oldu: heç bir adam donan uşağa yaxınlaşmadı və ona köməyini təklif etmədi. Yoldan ötənlər ona sadəcə baxaraq, hadisə yerindən tez uzaqlaşdırdılar.

Əlbəttə ki, bu fakt çox kədərlidir. Görünür ki, eqoizm, biganəlik ürəyimizdə möhkəm kök salıb. Maddi dəyərlərin ardınca qaçmağımız isə qəlbimizdən cəmiyyətin ən zəif üzvləri - uşaqlara qarşı belə rəhmdilliyi sıxışdırıb çıxarıb.


  • Müəllif: Guler
  • Tarix 28-02-2014, 11:38
  • Bölmə: Xəbərlər, Video
  • Baxılıb: 531
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac