Sumqayıtın ilk müəllimlərindən olan Böyükxanım Babayeva 92 yaşında dünyasını dəyişib

Sumqayıt ictimaiyyətinə, şəhərin təhsil sisteminə ağır itki üz vermişdir.DunyaTv.az Sumqayıtxəbər.com-a istinadən bildirir ki,şəhərin ən qocaman müəllimlərindən olan Böyükxanım Babayeva fevralın 26-da, ömrünün 92-ci ilində həyatdan köçmüşdür.
1922-ci ildə Bakıda dünyaya gəlmiş Böyükxanım müəllimə Azərbaycan Dövlət Pedaqoji İnstitutu bitirdikdən sonra o zamanlar yeni salınmaqda olan Sumqayıtın ilk müəllimlərindən olmuş, 17 il Corat kənd məktəbində, 45 ilə yaxın isə şəhərin 15 №-li orta məktəbində Azərbaycan dili və ədəbiyyatını tədris etmişdir. Uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş Böyükxanım müəllimə həm şagirdlərinin, həm də müəllim yoldaşlarının dərin hörmət və rəğbətini qazanmışdı. Onun minlərlə yetirmələri arasında indi respublikamızın müxtəlif sahələrində uğurla çalışan çoxlu sayda mühəndislər, həkimlər, hərbçilər, musiqiçilər, tarixçilər və onun sənətini sevərək, ardıcılı olan müəllimlər, ədəbiyyatçılar vardır.
60 ildən artıq Sumqayıtın təhsil sistemində fədakarlıqla çalışmasına, şəhərin ən qabaqcıl, nüfuzlu müəllimlərindən olmasına baxmayaraq, təəssüflər ki, gərgin, çoxillik fəaliyyəti yalnız fəxri-fərmanlarla, mükafatlarla qiymətləndirilmiş, istedadı və zəhməti ilə layiq olduğu "Əməkdar müəllim” adı isə nədənsə ona verilməmişdir. Ancaq bütün şagirdlərinin və müəllim kollektivlərinin sevimlisi olmuş, Sumqayıtda böyük nüfuz qazanmış Böyükxanım müəllimə yaddaşlarda sözün əsl mənasında böyük müəllim, zəhmətkeş, əməkdar pedaqoq kimi yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 28-02-2014, 12:05
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 775
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac