Ağsuda maşın dərəyə yuvarlanıb: 3 yaralı

Muğanlı-İsmayıllı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

DunyaTv.az Apa -ya istisnadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində yolun 2-ci kilometrliyində, Ağsu rayonu ərazisində qeydə alınıb. 

Şamaxı rayon sakini, 1995-ci il təvəllüdlü Qocayev Elməddin İxtiyar oğlunun idarə etdiyi 14 BC 699 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero” markalı minik maşını döngədə idarəetmədən çıxaraq, 15 metr dərinliyində olan dərəyə aşıb. 

Nəticədə sürücü Elməddin Qocayev, sərnişinlər - Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Nuriyev Rəvan Telman oğlu və 1987-ci il təvəllüdlü Yarıyev Akif Təhmasib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

  • Müəllif: Guler
  • Tarix 28-02-2014, 15:42
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 847
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Arxiv
Sayğac