Nanə Ağamalıyevanın “Gün keçir” verilişinin yayımı dayandırıldı

Uzun illərdir ATV telekanalının ən reytinqli verilişlərini aparan Nanə Ağamalıyevanın "Gün keçir” verilişinin yayımı dayandırılıb. Dunyatv.az-ın məlumatına görə, teleaparıcı bununla bağlı mediaya yazılı bəyanat ünvanlayıb. Həmin açıqlamanı olduğu kimi oxucularımıza təqdim edirik:
 
"Mən doqquzuncu ildir ki, Azad Azərbaycan (ATV) telekanalında aparıcı kimi fəaliyyət göstərirəm. Bu illər ərzində müxtəlif səpgili proqramlarla tamaşaçıların görüşünə gəlmişəm. Adımla bağlı olan "Gün keçir" layihəsi dörd televiziya mövsümü boyunca kifayət qədər izləyici auditoriyası qazanmışdı. Ona görə keçmiş zaman yazdım ki, gələn həftənin birinci günündən başlayaraq artıq layihə efirdə yayımlanmayacaq. "Gün keçir"i bağlamaq ATV-dən getməyim demək deyil. Hər bir proqramın yayımının dayanması, yeni bir verilişin başlaması anlamında yozulur. Olduqca maraqlı və reytinqləri sözün yaxşı mənasında alt-üst edəcək bir proqramın hazırlıqları səbəbindən qısa fasiləyə ehtiyac var idi. Həm də "Nanə Ağamalıyeva hər həftə İstanbuldadır" fikirləri ilə tez-tez rastlaşırdım. Mən boşuna hər həftə Türkiyəyə səfər etmirdim. Razılaşmaya görə, mən yeni layihəmizin detallarını açıqlaya bilmərəm. Bircə onu deyim ki, sürprizlərlə bol olacaq layihə ilə efirə qayıdışım özünü çox gözlətməyəcək. Bu müraciətimi həm də mənə dəyər verən sadiq tamaşaçılarıma ünvanlayıram. Yayılacaq şayiələrin qarşısını almaqdan ötrü belə bir açıqlama ilə çıxış etməyə qərar verdim.
İstəyirəm ki, tamaşaçılarım və dostlarım yeni layihəmin yolunu səbrsizliklə gözləsinlər. Çünki efir məkanını Nanəsiz, Nanəni də verilişsiz təsəvvür etmək mümkünsüzdür. Özüm də daxil olmaqla, hamımıza Allah-Təaladan bolluca uğurlar arzulayıram. Dərin hörmətlə, Sizin Nanə Ağamalıyeva”.
  • Müəllif: Dilber
  • Tarix 28-02-2014, 17:37
  • Bölmə: Xəbərlər, Şou-Biznes
  • Baxılıb: 784
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu

Оцените работу движка

Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

 
«    Январь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac