“Miss Eurovision” gözəllik müsabiqəsinin seçim turlarına start verildi

“Miss Eurovision” gözəllik müsabiqəsinin seçim turlarına start verildi

"Miss Eurovision” Beynəlxalq gözəllik müsabiqəsinin münsiflər  heyəti ölkəmizi Avropada təmsil etmək üçün model  xanımlar seçdi.
DunyaTv.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən gün saat 15.00-da "Avropa” otelində dünyaca məşhur "Miss Eurovision” Beynəlxalq gözəllik müsabiqəsinin ilk seçim turu oldu.
"Eurovision” mahnı müsabiqəsi  qədər önəmli olan "Miss Eurovision” gözəllik yarışmasında münsiflər heyəti  layihənin təşkilatçısı, "High Life Fashion & Model Academy”-nin baş direktoru Aqil Məmiyev, layihənin rəhbəri, modelyer, "High Life Fashion & Model Academy”-nin prezidenti Mübariz Allahverdizadə,  müğənni Zamiq Hüseynov,  aparıcı Nərgiz Cəlilova, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, müğənni Nura Suri, aparıcı Şəhriyar Əbilov, aktrisa Hüsniyyə Mürvətova, model Oksana Rzayeva  və  "Miss Eurovision 2013”-ün Azərbaycan təmsilçisi, model Anastasiya Berndən ibarət idi. Qeyd edək ki, münsiflərdən yalnız Nura Suri dünənki seçim turuna qatılmamışdı.Tədbirin aparıcısı dj Elvin Məmmədov idi.
Qeyd edək ki, gələn il bu müsabiqənin ölkəmizdə keçirilməsi planlaşdırılır.
Aqil Məmiyev Oxu.Az-a açıqlamasında qeyd etdi ki, bu müsabiqəyə yalnız  sadə insanlar qatılmayıb. Məşhur model və aktrisalar da kastinqdə iştirak etmək üçün müraciət ediblər.
Birinci turun ikinci kastinqi martın 8-i saat 15:00-da baş tutacaq. Hər iki kastinqdə seçilən modellər ikinci tura vəsiqə qazanacaq.
Kastinq Azərbaycanın Atv-də, final isə əlavə olaraq həm də Türkiyənin Kral Tv telekanalı tərəfindən işıqlandırılacaq.

 

DunyaTv.az

 


  • Müəllif: Dilber
  • Tarix 1-03-2014, 11:26
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 663
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Arxiv
Sayğac