Sumqayıt teatrına yeni direktor gətirilir

 Sumqayıt Dövlət Musiqili Dram Teatrına yeni direktor təyin olunacaq.
DunyaTv.az Sumqayıtxəbər.com-a istinadən verdiyi xəbərə görə əldə Lənkəran Dövlət Dram teatrının direktoru İslam Həsənov Sumqayıt Teatrına direktor gətirilir.
 Qeyd edək ki, bir müddət öncə teatrın direktoru mehman Şükürov səhəti ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət etmişdi ki, onu vəzifəmdən azad etsinlər. Onu hələlik direktor müavini Vidadi Məmmədov əvəz edir.
Yeni təyin olunacaq direktor kimdir?
Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru Mehman Şükürov öz ərizəsi ilə işdən çıxmışdı.
İslam Həsənov 1965-ci il 8 may Lənkəran şəhərində anadan olub, 1982-ci ildə 5 saylı orta məktəbi bitirib. Həmin ildə də M.A.Əliyev adına İncəsənət İnstitutuna qəbul olunub. 1983-85-ci illər Sovet ordusunda xidmət edib. 1988-ci il M.A.Əliyev adına İncəsənət İnstitutun bitirib. 1986-ci il Gənc tamaşaçılar teatrında çalışıb. 1986-88-ci illərdə "Meydan” teatrında, 1988-1989-cu illərdə isə Gənc tamaşaçılar teatrında aktyor işləyib. 1991-1993-cü illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, sonralar isə aparıcı-redaktor vəzifəsində çalışıb. 1993-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri, Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri vəzifəsində çalışıb. 2007-ci il yanvar ayının 29-dan N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor vəzifəsinə təyin edilib. Bir neçə tamaşaların və filmlərin rejissoru, prodüsser kimim fəaliyyət göstərib.
 
DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 3-03-2014, 12:31
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 903
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac