Tibb dünyası bu xəbərlə çalxalanır

Tibb dünyası bu xəbərlə çalxalanır

DunyaTv.az Xəzərxəbər.com saytına istinadən xəbər verir ki,bu barədə Bostonda keçirilmiş 21-ci retrovirus və opportunist infeksiyalar konfransında Los-Anceles həkimləri bildiriblər. Daha öncə bu cür anadangəlmə QİÇS-li uşağın müalicəsi barədə Missisipi ştatının həkimləri bildirmişdilər.
Hər iki uşaq QİÇS-ə yoluxmuş və müalicə olunmamış analar tərəfindən dünyaya gətirilib. Onların hər ikisi doğulduqdan bir neçə saat sonra aqressiv antiretrovirus terapiya ilə müalicə ediliblər. Missisipidən olan qız 18 ay müalicə edilib, daha sonra həkimlər onun izini itiriblər. Qızı 10 aydan sonra taparaq yoxlayan zaman qanında virus izləri aşkarlanmayıb.
Keçən ilin aprelində anadan olmuş Los-Ancelesli qız isə həkimlərin müşahidəsi altında olub. Onun qanında virus müalicənin 6-cı günü yoxa çıxsa da, həkimlər QİÇS-ə qarşı standart terapiyanı davam etdiriblər. Çünki həkimlər bunun müalicə, yoxsa remissiya olduğunu dəqiq bilməyiblər. Hazırda isə onlar tam əminliklə qızın müalicə olunduğunu bildirirlər.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 7-03-2014, 10:49
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 639
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac