Bakıda nənə və nəvəni vəhşicəsinə döydülər

Bakıda nənə və nəvəni vəhşicəsinə döydülər

Hadisə küçədə, insanların gözü qarşısında baş verib.

Ötən gün Bakının Qaradağ rayonu ərazisində, Sahil qəsəbəsində, M.Seyidov ünvanında nənə və azyaşlı nəvəsi vəhşicəsinə döyülüb.

DunyaTv.az Oxu.Az-a istinadən xəbər verir ki,Qaradağ rayonu 38-ci polis bölməsindən verilən məlumata görə, saat 16:54 radələrində baş verən hadisə zamanı 64 yaşlı Mirvari Atakişiyevavə nəvəsi 4 yaşlı nəvəsi Mirvari Atakişiyeva möhkəm döyülüb.

Hadisə küçədə, insanların gözü qarşısında baş verib. Onlara naməlum şəxs hücum edib. Həmin şəxs nəvə ilə nənəsinə yumruq və təpik zərbələri vurub.

Hadisə nəticəsində nənədə kəllə-beyin travması, nəvədə isə üzün əzilməsi diaqnozu qoyulub. Onaların kim tərəfindən və nə səbəbə döyülməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 7-03-2014, 11:43
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 425
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac