TQDK 16 martda imtahan keçirəcək

TQDK 16 martda imtahan keçirəcək

DunyaTv.az Sia.az-a istinadən xəbər verir ki,

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16 - da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq. 

İmtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında "Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla martın 5 - dən etibarən çap edə bilərlər. İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq. 

Şagirdlər imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini gətirməlidirlər. 

İmtahanın aparılması üçün 29 imtahan mərkəzi ayrılıb. Prosesin idarə edilməsinə 40 imtahan rəhbəri, 351 zal nəzarətçisi cəlb olunub. 
İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxdə 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirak edəcəyi gözlənilir. 

Buraxılış imtahanının qaydalarına görə, imtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
  • Müəllif: Guler
  • Tarix 7-03-2014, 15:02
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 679
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac