Sulu keks – HAZIRLANMA QAYDASI

Sulu keks – HAZIRLANMA QAYDASI

Çay süfrələrinin imtina edilməz dadı olan sulu, şokoladlı keksi bizim tərifimizə uyğun daha ləzzətli şəkildə hazırlaya bilərsiz.

Tərkibindəkilər

- 4 ədəd yumurta

- 1 stəkan ərinmiş yağ

- 1 stəkan süd

- 4  stəkan şəkər tozu

- 1 xörək qaşığı yarısında kakao

- Qabartma tozu

- Vaniel

- 4 stəkan un

Hazırlanması

Yumurta və şəkər tozunu mikserlə yaxşıca çalın. Sonra süd və kakaonu əlavə edib qarışdırın. Bu qarışımdan 1 stəkan ayırıb kənara qoyun. Qalan qarışıma un, vanil, qabartma tozu əlavə edib yaxşıca qarışdırın. Bu zaman sobanı 180 dərəcədə isinməyə qoyun. Qarışımı hazırladıqdan sonra isinmiş sobaya qoyun və 50 dəqiqə bişirin. Bişdikdən sonra keksin üzərinə ayırdığınız qarışımı  və 1 yarım stəkan süd əlavə edin. Soyuduqdan sonra üzərinə dondurma qoyub süfrəyə təqdim edə bilərsiz.

Nuş olsun!

  • Müəllif: Guler
  • Tarix 7-03-2014, 16:05
  • Bölmə: Xəbərlər / Qadın Dünyası
  • Baxılıb: 2 403
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac