Okeanı 3 saata keçəcək yeni təyyarə

Amerikalı iş adamları London – Nyu York avisəfərlərin müddətinin üç saatadək endirilməsi üçün xüsusi təyyarələr hazırlamağı planlaşdırırlar.Dunyatv.az Sia.az-a istinadən xəbər verir ki, bu məqsədlə Bostonda yeni bir firma daha öncə bu sahədə çalışan "Airbus” və "Gulfstream” firmalarının ən yaxşı mütəxəssislərindən yeni qrup təşkil edib. Qrupun hazırlayacağı təyyarə saatda 700 km sürətlə uça biləcək. "S -512” adlanan və 40 metr uzunluğa malik olan təyyarədə 18 sərnişin səyahət edəcək. Həmçinin bu təyyarə ilə Londondan Bumbaya 4 saata getmək mümkün olacaq.

43 milyon avroya başa gələcək bu təyyarənin istehsalı üçün maliyyə vəsaiti  əldə olunsa, "S -512” ilk uçuşunu 2018-ci ildə həyata keçirəcək.

 

  • Müəllif: Guler
  • Tarix 7-03-2014, 16:40
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 552
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac