8 Martda romantik hava sizi gözləyir, əziz xanımlarımız

8 Martda romantik hava sizi gözləyir, əziz xanımlarımız

DunyaTv.az Xəzərxəbər.com saytına istinadən xəbər verir ki,martın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin axşam və gecə bəzi yerlərdə yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 8-də gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacaq.
Əvvəlcədən xəbər verildiyi kimi, martın 6-dan 7-nə keçən gecə ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi rayonlarda yağış yağıb, Bakı şəhəri və Abşeron yarımadasında, Badamdar, Lökbatan, Qaradağ ərazisində qısa müddətli yağış qeydə alınıb.
Martın 9-dan etibarən Azərbaycanda hava şəraiti sabit və mülayim keçəcək, havanın temperaturu nisbətən yüksələcək. Martın 7-8-də Abşeron yarımadasında güclü xəzri küləyi və temperaturun əvvəlki günlə müqayisədə aşağı enməsi müşahidə olunsa da, sonrakı 2 gün ərzində sabit hava şəraiti fonunda mülayim yaz havası olacaq.

DunyaTv.az
  • Müəllif: Dilber
  • Tarix 8-03-2014, 10:40
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 663
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac