Sumqayıt Dövlət Universitetində 8 MART Tədbiri keçirildi


Martın 7-də Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında "8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirildi.

DunyaTv.az Bizimxəbər saytına istinadən xəbər verir ki,tədbiri universitetin rektoru,dosent Elxan Hüseynov təbrik nitqi ilə açaraq universitet kollektivinin qadın üzvlərini  bayram münasibətilə  təbrik etdi, onlara bu şərəfli peşələrində nailiyyətlər arzuladı. Natiq tədbirdə  bir daha  Azərbaycan tarixində misilsiz xidmətləri olan xanımlarımızın cəsarətindən və  şücaətindən  söhbət açdı.

Hər bir qüdrətli kişinin arxasında  bir qadın dayanır. Sərkərdə-Xaqanlıq,  Qəhrəmanlıq tarixinə cəsarətlərilə yazılan Tomris, Bərdə gözəli Nüşabə,   Atabəylər  sarayını varlığı ilə zinətləndirən Mömünə xatun kimi xanımlar  hər bir azərbaycanlıda  qürur hissi oyadır. Aglı, müdrükliyi ilə Avropa krallarını heyrətləndirən,  dünyanın  ilk diplomat qadını  Sara xatun  Həsən bəyin, Zahidə xatun  Qaraqoyunlu  hökmdarı Yusif bəyin  sarayını  nura qərq  etmişdi.

Rektor qeyd etdi ki,  Azərbaycan xalqı hər bir dövrdə olduğu kimi XX  əsrdə də  qüdrətli qadınları yetişdirdi. Ilk qadın təyyarəçi Züleyxa xanım Seyidməmmədova, ilk qadın akademik İzzət xanım Orucova, ilk qadın oftalmoloq akademik Zərifə xanım Əliyeva, Ərəb məhcəl ədəbiyyatının dünyada ilk tədqiqatçısı, şərqşünas alim Aida xanım İmanquliyeva, şərqdə ilk operanın müəllifi Şəfiqə xanım Axundova  bu əsrdə dünyaya gəlmişlər. Ən yeni Azərbaycan tarixini yaradan milli-mənəvi bənzərlərinin himayədarı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva, Azərbaycanın gənc xanımının ən mükəmməl nümunəsi, Heydər Əliyev Fondunun vitse–prezidenti, istedadlı şair, rəssam, "Bakı” jurnalının baş redaktoru Leyla  xanım Əliyeva  sivilizasiyalara, mədəniyyətlərə, dialoqlara verdiyi töfhələrə  görə bəşər insanına çevirilməklə, dünya qadınlarına örnəkdilər.

Əziz qadınlar, peygəmbərimiz (s) buyurur: "Cənnət analarımızın ayaqları altındadır”. Qoy sizin cənnət dolu dünyanızın üzü heç zaman kədər  görməsin.

Sizi bu bayram münasibətilə  təbrik edir, səadət və xoşbəxtlik arzulayıram.

Çıxış üçün söz alan Tədris hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağ öz poeziyası ilə xanımlarımızı vəsf  etdi.

SDU-nun tələbələri adından xanımları təbrik etmək üçün söz Tələbə Gənclər Təşkilatının sədri Şənlik Əliyevə verildi. O bildirdi ki, xalqımızın müstəqillik ideyası ətrafında sıx birləşən Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir.

Tədbirdə SDU-nun Həmkarlar İttifaqı Komitəsi adından "Öz nümunəvi fəaliyyəti” ilə seçilən xanım əməkdaşlar pul mükafatı ilə təltif olundular.

"8 Mart – Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir böyük konsert proqramı ilə yekunlaşdı.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 8-03-2014, 11:59
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 734
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac