Kür çayının səviyyəsində artım var

Kür çayının səviyyəsində artım var

DunyaTv.az Sia.az-a istinadən xəbər verir ki ,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-220, Kiçik Qafqazın çaylarında 50-160, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyətlə bağlı bildirilib ki, ötən gün ərzində Gürcüstan ərazisində yağan yağış nəticəsində Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsinin bir qədər artımı ilə əlaqədar martın 7-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 34 sm artım müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 210 m3/s olmaqla ongünlük normanın 87 faizini təşkil edir. 2013-cü ildə bu göstərici bir qədər az olmaqla 181 m3/s və ongünlük normanın 75 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 74 m3/s təşkil edərək ongünlük normanın 89 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırkı vəziyyətə gəlincə, martın 7-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm artım, Salyanda 5, Bankədə 2 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 310 sm (2013-cü il martın 07-də 399 sm), Şirvanda 137 sm (2013-cü il martın 07-də 282 sm), Salyanda 70 sm (2013-cü il martın 07-də 260 sm), Bankədə 184 sm (2013-cü il martın 07-də 243 sm), Araz çayının Novruzlu məntəqəsində isə 49 sm (2013-cü il martın 07-də 182 sm) təşkil edir.
  • Müəllif: Guler
  • Tarix 8-03-2014, 21:54
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 618
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac