Bakıda ağır yol qəzası - ölən var

Bakıda ağır yol qəzası - ölən var

Ötən gecə Bakının mərkəzində 1 nəfərin ölümü, 1 nəfərin isə ağır yaralanması ilə nəticələnən  dəhşətli yol qəzası baş verib.
DunyaTv.az Xəzərxəbər.com saytına istinadən xəbər verir ki,paytaxtın Səbail rayonu ərazisində, Azadlıq prospektinin Xaqani küçəsi ilə kəsişməsində yol-patrul xidməti avtomobili və VAZ-2107 markalı maşın toqquşub. Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, 25 yaşlı Otorod Canpolad Fəxrəddin oğlu ağır xəsarət alıb, avtomobildəki sərnişin isə dünyasını dəyişib. Qəza nəticəsində həlak olanın şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb. Onun 24-25 yaşlı kişi olduğu bildirilir.
İlkin məlumata görə, yol-patrul xidmətinin avtomobili Xaqani küçəsi ilə, taksi fəaliyyəti göstərən VAZ-2107 isə Azadlıq prospekti ilə hərəkət edirmiş. Maşınlardan biri işıqforun qadağanedici işığında hərəkətini davam etdirib və küçələrin kəsişməsində toqquşma olub. Yol-patrul xidmətinin əməkdaşı idarəetməni itirib və onun idarə etdiyi avtomobil səkiyə dırmaşıb. Yol polisi əməkdaşları arasında xəsarət alan yoxdur.
 
DunyaTv.az

 

 
  • Müəllif: Dilber
  • Tarix 10-03-2014, 10:30
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 1 086
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac