dunyatv.az
CANLI YAYIN

Bakıda gənc oğlan bıçaqlandı

10-03-2014, 22:29

 Bu gün səhər saatlarında paytaxtda bıçaqlanma baş verib.

DunyaTv.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, xəsarət alan 26 yaşlı Orxan Səmədov Nəsimi rayonunun 4 mikrorayon Mircəlal 36, mənzil 5 ünvanında yaşayır. 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) hadisə ilə bağlı bildirilib ki, səhər saat 04:28-də bıçaq yarası alan şəxsin yaxınları tərəfindən onlara müraciət olunub. 

Baş nahiyyəsindən və ayağının bud hissəsindən kəsilmiş-deşilmiş yarası alan gənc oğlan xəstəxanaya aparılmasından imtina edib. Buna görə də, xəsarət alan şəxsə yerindəcə tibbi yardım göstərilib.

Hazırda hadisə ilə bağlı Nəsimi rayonunun 19-cu polis bölməsi araşdırma aparır. 

 

DunyaTv.az




Oxunub: 765

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.