Temperaturu yenidən enəcək - Yağış yağacaq

 Martın 13-dən Azərbaycanda havanın temperaturu yenidən enəcək.

DunyaTv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, martın 13-dən Bakıda və Abşeron yarımadasında havanın temperaturu 5-9 dərəcə enəcək.

Martın 11-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.

Martın 12-si axşamadək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Lakin martın 12-si axşam və 13-də atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyi və havanın temperaturunun enməsi meterohəssas insanlar üçün əlverişsiz olacaq.

Marrtın 11-də Azərbaycanın bölgələrində gecə və səhər bəzi ərazilərdə hava yağıntılı olacaq, gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir. Dağlıq ərazilərdə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 11-03-2014, 00:30
  • Bölmə: Xəbərlər / hava xəbərləri
  • Baxılıb: 716
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac