Bu gün Yel çərşənbəsidir

 Bu gün çərşənbələrdən üçüncüsü – Yel çərşənbəsidir.

DunyaTv.az Sumqayıtxəbər.com saytına istinadən xəbər verir ki, inanca görə, yel çərşənbəsində hava təmizlənir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir.

Azərbaycan folklorunun və milli adət-ənənələrinin böyük bilicisi, filologiya elmləri doktoru, professor Azad Nəbiyev öz fundamental əsərlərində yazırdı ki, bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə də deyirlər.

Etnoqrafik bilgilərə görə, Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir. Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Azərbaycan etnoqraflarının yazdığına görə, Yel çərşənbəsi ilə bağlı çoxlu inanclar da var. Həmin gün tonqallar qalanır, son çərşənbəyə – Torpaq çərşənbəsinə hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.

Ümumiyyətlə isə Novruz bayramına qədər 4 çərşənbə – Su, Od, Yel və Torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var.

Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması, Od çərşənbəsi Günəşin torpağı qızdıraraq yeni əkinə hazırlaşdırması, Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır.

Yel çərşənbəniz mübarək!

 

DunyaTv.az


  • Müəllif: Dilber
  • Tarix 11-03-2014, 10:22
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 629
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Arxiv
Sayğac